Bakıdan Xankəndiyə 30 avtobus GÖNDƏRİLDİ

Bakıdan Xankəndiyə 30 avtobus GÖNDƏRİLDİ

Ölkə

28 Sentyabr 2023, 16:00

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

 

Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?