Modern.az

Lalə Şövkət də prezidentliyə namizəd ola bilər

Lalə Şövkət də prezidentliyə namizəd ola bilər

21 Avqust 2013, 12:51

Milli Şuranın sonuncu iclasında qaldırılan ehtiyat namizəd məsələsi şurada təmsil olunan müxalif partiyalar tərəfindən birmənalı qarşılanmadı. Mətbuatın yazığına baxsaq, Azərbaycan Liberal Partiyası (ALP) və Açıq Cəmiyyət Partiyasının (ACP) ehtiyat namizəd təklifinə qarşı çıxması, onların digər müxalifət liderlərinin – AXCP və Müsavat rəsmilərinin mövqeyinə əks olması diqqətdən yayınmır. Rəsul Quliyev açıq-aşkar bu qərara qarşı çıxdığını bəyan etdi. ALP isə hələ də susmaq niyyətindədir.

Hətta yayılan məlumatlarda ALP təmsilçilərinin sessiyanı vaxtından əvvl tərk etməsi də liberalların İbrahimbəyova ehiyat namizəd istəməməsi kimi qiymətləndirildi.

Bu durumda ALP nə edəcək? Partiyanın mövqeyi nədən ibarətdir? Bu suallara cavab tapmaq üçün partiya sədri Əvəz Temirxanla əlaqə saxladıq. Ə.Temirxan Modern.az-a açıqlamasında hazırda bu istiqamətdə danışıqlar getdiyi üçün mətbuata danışmaq istəmədiyini bildirib. ALP sədri Milli Şuranın sonuncu sessiyasını tərk etmələrinə isə belə aydınlıq gətirib:

“Hazırda müzakirələr getdiyindən mən hələlik bu məsələ barədə mətbuata fikir bildirmək niyyətində deyiləm. Sessiyanı tərk etməmişik, 4 saatdan çox davam edən iclas qutaranda birinci biz çıxmışıq”.

Bəzi məlumatlarda ALP lideri Lalə Şövkətin də vahid namizəd ola biləcəyi haqda fikirlərə rast gəlinir.

Ə.Temirxan bu məsələ ilə bağlı suala cavab verməkdən imtina etdi.

Milli Şurada böhran yaşanır, İbrahimbəyovun ötən gün mətbuata verdiyi müsahibəsindəki məqamlar onun seçkilərə qatılmayacağından xəbər verir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi