Modern.az

Daha 6 şəhidimizin adı açıqlandı - SİYAHI

Daha 6 şəhidimizin adı açıqlandı - SİYAHI

28 Sentyabr 2023, 22:45

Azərbaycan ordusunun antiterror tədbirləri zamanı şəhid olan daha 6 hərbçimizin kimliyi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan ordusunun şəhid hərbçilərinin sayı 198-ə çatıb.

 

Bundan əvvəl 192 şəhid hərbçinin adı açıqlanıb. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

 

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.

 

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama