Modern.az

REAL qurultaya gedir - Bu tarixdə

REAL qurultaya gedir - Bu tarixdə

29 Sentyabr 2023, 15:00

Bir neçə gün öncə Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyata alınan Respublikaçı Alternativ (REAL) Partiyası qurultay keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

 

Qurultay 29 oktyabr 2023-cü il tarixində baş tutacaq. Qurultayın Təşkilat Komitəsinə REAL Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov rəhbərlik edir.

 

Bildirilib ki, qurultayda “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşmaq üçün təməl sənədlərimiz yenilənəcək.

 

Qeyd edək ki, REAL partiyasının sədri İlqar Məmmədovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama