Modern.az

Ümid edirəm ki, Qranada görüşü konkret nəticələr verəcək - Fərid Şəfiyev

Ümid edirəm ki, Qranada görüşü konkret nəticələr verəcək - Fərid Şəfiyev

3 Oktyabr 2023, 17:46

"Mən 2023-cü ilin sentyabr hadisəsindən sonra (2020-ci il müharibəsindən sonra bunu müşahidə etməmişəm) bir çox erməni ekspertləri və fəalları (bir neçə istisna olmaqla) və onlarla həmfikir olan beynəlxalq ekspertlər arasında ciddi dəyişiklik görmürəm".

 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev X-də yazıb.

 

"Eyni şikayətlər və rəvayətlər, Azərbaycana qarşı ittihamlar, “başqasını günahlandırmaq”, barışmazlıq, sülhün mümkünlüyü barədə düşünməmək və sair", - o qeyd edib.

 

"Mən hələ də ümid edirəm ki, 5 oktyabr Qranada görüşü konkret nəticələr verəcək. Ermənistan hökumətindəki bəzi adamlar ermənilərin döyüşəcəklərini və partizan müharibəsi açacağını deyənlərdən daha konstruktivdirlər", - Şəfiyev əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi