Modern.az

Tehrandakı Azərbaycan səfirliyi tezliklə fəaliyyətə başlayacaq - ŞOK AÇIQLAMA

Tehrandakı Azərbaycan səfirliyi tezliklə fəaliyyətə başlayacaq - ŞOK AÇIQLAMA

Ölkə

7 Oktyabr 2023, 11:48

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəriylə bağlı açıqlamasında deyib.

 

Nazir keçmişdə bəzi anlaşılmazlıqların baş verdiyini bildirib.

 

O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətini bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib.

 

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri - ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı