Modern.az

Azərbaycanın Efiopiyaya yeni səfiri təyin edildi

Azərbaycanın Efiopiyaya yeni səfiri təyin edildi

10 Oktyabr 2023, 17:40

Ruslan Rafael oğlu Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 

Qeyd edək ki, Ruslan Nəsibov bu təyinatadək Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışırdı. O, həmçinin Azərbaycanı Afrika İttifaqı yanında Daimi Nümayəndəlikdə və BMT-nin Nayrobi şəhərindəki bölməsinin Daimi Nümayəndəliyində təmsil edirdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama