Modern.az

Ersin Tatar Bakıya gəldi - FOTOLAR

Ersin Tatar Bakıya gəldi - FOTOLAR

12 Oktyabr 2023, 15:56

Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycana gəlib.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyətini ŞKTR Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, ŞKTR-nin Azərbaycan nümayəndəsi Ufuk Turqaner, general-leytenant Bəhtiyar Ersay tərəfindən qarşılanıb.

 

Səfər 3 gün davam edəcək. Tatar səfər çərçivəsində “ŞKTR Mədəniyyət və Tanıtım Günləri” tədbirinin açılışına qatılacaq, ADA Universitetində konfrans verəcək və mətbuat mənsubları ilə görüşəcək.

 

Tatarla yanaşı Azərbaycana ŞKTR Baş naziri Ünal Üstel, iş adamları, turizm mütəxəssisləri, universitet nümayəndələri və investorların da olduğu 200 nəfərlik heyət gəlib.

 

1287512

1287513

1287514

1287515

Bu xəbər ilə bağlı
Şimali Kipr prezidenti Azərbaycana gəlir
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama