Modern.az

Şərəfli peşə: Dəmiryolçular Azərbaycanın inkişafı üçün əllərindən gələni əsirgəməyib

Şərəfli peşə: Dəmiryolçular Azərbaycanın inkişafı üçün əllərindən gələni əsirgəməyib

Ölkə

13 Oktyabr 2023, 20:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir.

 

1991-ci ildə yaradılan Azərbaycant Dəmir Yolları indiyə qədər böyük inkişaf yolu keçib. 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildi. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti Şərq–Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb.

 

2018-ci ildə Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə başlanılıb və 2021-ci ilin may ayında xəttin rəsmi açılışı olub. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.

 

Modern.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, dəmiryolçular Azərbaycanın inkişafında əllərindən gələni əsirgəməyiblər:

 

"Dəmiryolçularımızı peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan özünün nəqliyyat sistemini təkmilləşdirmək üçün çox böyük tədbirlər görür. Şübhəsiz ki, burada dəmiryolçularının əməyi çoxdur. Ölkə iqtisadiyyatının inkişafında, nəqliyyat sturukturunun təkmilləşdirilməsində onların xidmətləri çox böyükdür. Onların sənəti, peşəsi ağırdır. Son illərdə görülən işlər göstərir ki, dəmiryolçular Azərbaycanın inkişafı üçün əllərindən gələni əsirgəməyiblər".

Deputat ölkə başçısının həyata keçirdiyi çox mühüm tədbirlər sayəsində nəqliyyat sisteminin gündən-günə inkişaf etdirildiyini vurğulayıb:

 

"Yeni sahələrin, platformaların meydana gəlməsi reallığa çevrilir. Əlbəttə ki, yükdaşımalarda, iqtisadiyyatın inkişafında dəmir yolu nəqliyyatının çox böyük faydası var. Bu gün xarici ölkələrlə sözügedən sahənin inkişaf etdirilməsi  Azərbaycan iqtisadiyyatına yeni töhfələr verir. Ölkədə çəkilən yeni dəmiryolları bilavasitə bu inkişafa hesablanıb. Xüsusilə də, bu gün işğaldan azad olunan ərazilərdə yeni nəqliyyat dəhlizlərinin yaradılması bir vəzifə kimi qarşıya qoyulub. Nəinki Avropa, Asiya, hətta bir sıra böyük böyük dövlətlərlə Azərbaycanı birləşdirməyə, əlaqələri möhkəmləndirməyə xidmət edir. Azərbayacndan yükdaşımaların həyata keçirilməsinin səviyyəsi ildən-ilə artır. Bu ökəyə xeyli miqdarda vəsaitin daxil olmasına şərait yaradır. Bu sahədə də dəmiryolçuların əməyi çox böyükdür. Bir daha onları təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm". 

 

Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanda dəmir yolunun tarixinin qədim olduğunu qeyd edib:

 

"Dəmiryolçu peşəsi çox şərəfli peşədir. Bütün Azərbaycan dəmiryolçularını təbrik edir, onlara uğurlar arzulayıram. Eləcə də, vurğulamaq lazımdır ki, Azərbaycan Dəmir yolunun tarixi böyükdür. Hələ sovetlərdən qabaq Azərbaycanda fəmir yolu olub. Dəmir yolu bütün ölkələrin həyatında böyük rol oynayır. Bu nəqliyyat vasitəsi yük daşımada olduqca sərfəlidir. Bu sahəyə ölkəmizdə böyük diqqət göstərilir. Azərbaycan böyük nəqliyyat logistikasına çevriləcək. Şərqlə Qərb, Şimalla Cənub arasında yük daşımalarda Azərbaycanın rolu çox böyükdür. Biz Zəngəzur dəhlizi vasitəsilə Dəmir yolu xətlərimizin genişləndirilməsini nəzərdə tutmuşuq.  Qəbələyə qədər dəmir yolu çəkiləcək".

A.Hüseynov turizmin inkişafı baxımdan da bu nəqliyyat vasitəsinin faydalı olduğunu bildirib:

 

"Bu sahənin inkişafı dövlət başçısının diqqətindədir. Dövlət büdcəsindən də xeyli vəsaitlər ayrılıb. Bu vəsaitlərlə dəmiryollarının yenilənməsi, həm də genişləndirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Çox yaxında Azərbaycan böyük logistik mərkəzi olacaq".

Milli Məclisin digər bir deputatı Naqif Həmzəyev vurğulayıb ki,  Azərbaycan müstəqillik qazandıqdan sonra dəmir yolu sahəsində müxtəlif layihələr həyata keçirilib:

 

"Bakı-Tbilisi-Qars Dəmir yolunun işə düşməsi Azərbaycanın həm yükdaşıma, həm də sərnişindaşımada  imkanlarını artırdı. Eyni zamanda son dövrlərdə müasir qatarlarla Bakıdan digər şəhər və rayonlarımıza sərnişin daşınmaları həyata keçirilir. Bu, xidmət vətəndaşlarımızı məmnun edir. Biz bilirik ki, yaxın dövrdə cənub istiqamətində də bu cür sərnişindaşımalar həyata keçiriləcək. Bakıdan Sumqayıta, eləcə də, Bakının digər qəsəbələrinə də sərnişindaşımalar həyata keçirilir. Bu şəbəkələrin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan Orta dəhlizi inkişaf etdirməklə həm Orta Asiyadan gələn yüklərin daşınmasını, həmçinin şərqlə Qərb arasında yükdaşıma potensilaını artırmaqdadır".

N.Həmzəyev Azərbaycanın yükdaşımalarının artacağını söyləyib:

 

"Bu da Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Zəngəzur dəhlizi işə düşdükdən sonra yükdaşıma potensialları daha da artacaq. Qarabağ və Şərqi Zəngəzurun azad olunmasından sonra  Ağdam-Yevlax-Xankəndi Dəmir yolunun da istifadəyə verilməsinin şahidi olacağıq.

 

Sonda bütün dəmiryolçuları peşə bayramı münasibətilə təbrik edirəm. Onlara bu şərəfli və məsuliyyətli işlərində uğurlar arzu edirəm".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama