Modern.az

Prezident pensiyaları artırdı

Prezident pensiyaları artırdı

27 Avqust 2013, 18:45

Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında
sərəncam imzalayıb.
Modern.az saytının məlumatına görə, sərəncama görə, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1077 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi