Modern.az

İranda ardıcıl iki güclü ZƏLZƏLƏ

İranda ardıcıl iki güclü ZƏLZƏLƏ

Ölkə

17 Oktyabr 2023, 09:50

Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 10 dəqiqə ara ilə iki ardıcıl güclü zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoqrafiya Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yerli vaxtla 08:29-da 19 km dərinlikdə 5,3 bal gücündə zəlzələ qeydə alınıb və yeraltı təkanlar 10 saniyə davam edib.

 

Növbəti zəlzələ isə 08:39-da 10 km dərinlikdə 5,6 bal gücündə qeydə alınıb.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama