Modern.az

Azərbaycan Balasanyan və Babayanla danışıq aparmağı RƏDD EDİB

Azərbaycan Balasanyan və Babayanla danışıq aparmağı RƏDD EDİB

Ölkə

18 Oktyabr 2023, 10:34

2023-cü il sentyabrın 19-da Qarabağda antiterror tədbirləri başlayan zaman Xankəndidəki qondarma rejimin başçısı Samvel Şahramanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini ilə əlaqə saxlayıb.


Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.


Məlumatda qeyd olunub ki, Şahramanyan dərhal atəşkəs təklifi ilə çıxış edib və antiterror tədbirlərinin dayandırılması üçün danışıqlara öz yerinə daha məqbul bir şəxsi göndərmək istədiyini bildirib.

“Joğovurd” öz mənbələrinə istinadən bildirir ki, Samvel Şahramanyan konkret adlar da çəkib. O, xunta rejimi adından danışıqlara “keçmiş müdafiə naziri” Samvel Babayanı cəlb etdiyini deyib.

“Ancaq Azərbaycan tərəfi Babayanı yalançı və dezinformasiya yayan şəxs hesab edərək, onu Ermənistana göndərməyi təklif edib”.

Məlumatda daha sonra qeyd edilir ki, belə olan halda Samvel Şahramanyan xuntanın “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanın namizədliyini irəli sürüb.

“Lakin Azərbaycan tərəfi onun da namizədliyini rədd edib və Ermənistana göndərilməsini istəyib”.

Qəzet yazır ki, Samvel Şahramanyanın digər təklifləri ilə razılaşmayan Azərbaycan tərəfi təkid edib ki, rəsmi Bakının tələbləri dərhal yerinə yetirilməli, qondarma “Artsax respublikası”nın buraxılması haqqında sənəd imzalanmalıdır, yalnız ondan sonra antiterror tədbirləri dayandırılacaq.


Qeyd olunur ki, Şahramanyan təklifi qəbul etməyə məcbur olub, qarşılıqlı razılaşdırılmış mətni açıqlayıb, nəticədə antiterror tədbirləri dayandırılıb.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama