Modern.az

Qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıram - Berdiməhəmmədov

Qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıram - Berdiməhəmmədov

Ölkə

18 Oktyabr 2023, 16:27

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:


"Hörmətli İlham Heydər oğlu!

 

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

 

Azərbaycan sosial və iqtisadi sahələrdə yeni zirvələrə çatmışdır, həmçinin beynəlxalq arenada nüfuzunun daha da artması istiqamətində inamla irəliləməkdə davam edir.

 

Biz Türkmənistan və Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Türkmənistan-Azərbaycan əməkdaşlığının daha yüksək səviyyəyə qaldırılması üçün bundan sonra da Sizinlə birlikdə hərtərəfli səylər göstərməyə hazır olduğumu bildirirəm.

 

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram".

 

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir:

 

Hörmətli İlham Heydər oğlu!

 

Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

 

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası ictimai-siyasi, iqtisadi və sosial sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etmişdir.

 

Müxtəlif istiqamətlər üzrə yaranmış qarşılıqlı faydalı Azərbaycan-Türkmənistan əməkdaşlığının yüksək səviyyəsini qeyd etmək istərdim. Tam əminəm ki, bizim münasibətlərimiz iki ölkənin xalqları naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

 

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama