Modern.az

Gələn il seçkilərə bu qədər vəsait AYRILACAQ

Gələn il seçkilərə bu qədər vəsait AYRILACAQ

20 Oktyabr 2023, 11:28

2024-cü ildə dövlət büdcəsindən seçki məsələləri üçün nə qədər vəsait ayrılacağı məlum olub.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü ildə seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat proqnozlaşdırılıb.

Qeyd edək ki, gələn il bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur.  Qeyri-rəsmi məlumatlara görə, gələn il həm də referendum da keçirlə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama