Modern.az

Noyabrda ardıcıl 5 gün iş olmayacaq - Baş nazirdən QƏRAR

Noyabrda ardıcıl 5 gün iş olmayacaq - Baş nazirdən QƏRAR

Ölkə

20 Oktyabr 2023, 12:02

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

 

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama