Modern.az

İcra hakimiyyətindən küçəyə atılan azyaşlılarla bağlı AÇIQLAMA

İcra hakimiyyətindən küçəyə atılan azyaşlılarla bağlı AÇIQLAMA

Ölkə

25 Oktyabr 2023, 11:12

Bu gün səhər saatlarında iki azyaşlı körpə nənəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına atılıb.

 

Modern.az məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

 

İcra hakimiyyətindən saytımızın əməkdaşına bildirilib ki, 21.10.2023-cü il tarixində Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu iki yaşlı oğul, bir saat sonra isə üç aylıq qız nəvəsini İcra Hakimiyyətinin inzibati binasının qarşısına gətirərək gətirərək ərazini tərk etmişdir. Nənə buna səbəb nəvələrinə qayğı göstərə bilmədiyini əsasə gətirərək, onların dövlət müəssisəsinə yerləşdirilmələrini istəmişdir.

 

Gəncə Şəhər İcra Hakimiyətinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin əməkdaşları tərəfindən uşaqlar nəzarətə götürülmüş, qanunamüvafiq qaydada onlar Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər.

 

Yaxın günlərdə isə uşaqların qanunamüvafiq qaydada dövlət müəssisəsinə yerləşdirilməsi təmin olunacaqdır.

 

"Əlavə olaraq bildirək ki, xəstəxanaya yerləşdirilən körpələrin vəziyyəti normaldır. Uşaqların valideynləri qeyri-sağlam həyat tərzi sürdüyündən onlar nənələrinin himayəsinə veriliblər", - məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər