Modern.az

İlham Əliyev Qazaxıstana səfər edəcək

İlham Əliyev Qazaxıstana səfər edəcək

Ölkə

26 Oktyabr 2023, 11:36

Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) yubiley sammiti keçiriləcək.


Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın rəsmi mətbuatı məlumat yayıb.

Tədbirdə TDT-yə üzv dövlətlərin - Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistanın liderləri iştirak edəcəklər.

Həmçinin sammitdə TDT müşahidəçi dövlətlərinin - Macarıstan və Türkmənistanın başçıları da iştirak edəcəklər.

Qeyd edək ki, bu, TDT-nin X sammiti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama