Modern.az

Odessada Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək

Odessada Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək

31 Oktyabr 2023, 11:28

Noyabrın 11-də Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq şöbəsi Odessa şəhərində yerləşən Azərbaycan Evində soydaşlarımıza səyyar konsulluq xidməti göstərəcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, səfirlik bununla əlaqədar Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

 

Səyyar konsulluq xidmətindən yararlanmaq istəyən Azərbaycan vətəndaşları Odessa şəhərinin Vul.Puşkinska 54 ünvanında yerləşən Azərbaycan Evinə (Дiм “Азербайджан”) getməlidirlər. Qəbul vaxtı saat 09.30-dan 13.30-dək keçiriləcək. Əlaqə telefonu: +380 73 505 00 00.

 

Səfirlik qeyd edib ki, Odessa vilayətində təhlükəsizlik şəraiti pisləşdiyi təqdirdə, səyyar konsulluq xidməti təxirə salına bilər. Azərbaycan vətəndaşlarının bu vacib məqamı nəzərə alması xahiş edillib.

 

Xatırladaq ki, Odessa Azərbaycan Evi 2019-cu ildən fəaliyyət göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama