Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada sonuncu ölən şəxsin cəsədi xilasedicilər tərəfindən aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov hökumət iclasında deyib.
Beləliklə, hadisə nəticəsində həlak olanların sayı 46 nəfərə çatıb.
"Bugünədək xilasetmə-axtarış tədbirləri nəticəsində 45 şaxtaçının cəsədi və ehtimalla 46-cı şaxtaçıya aid qalıqlar aşkarlanıb. Həlak olan 40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 nəfər tanınmayıb. Onların identifikasiyası üçün lazımi ekspertizalar aparılır", - o deyib.
Nazirin sözlərinə görə, axtarış işləri elektrik enerjisinin olmaması, mədən yerlərinin məsafəsinin uzunluğu və dağılmış mexanizmlərin çoxluğu səbəbindən çətinləşib.