Modern.az

Sərhədlərin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı YARADILACAQ

Sərhədlərin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı YARADILACAQ

2 Noyabr 2023, 11:42

Növbəti ilin dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən biri olan müdafiə, milli təhlükəsizlik xərcləri artırılır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

 

Onun sözlərinə görə, sözügedən vəsait müzəffər ordumuzun daha da peşəkarlaşması, ordunun maddi-texniki təchizatının daha da yaxşılaşdırılması üçün maliyyə təminatının yaradılması üçündür.

 

Nazir vurğulayıb ki, ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı yaradılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama