Modern.az

Ceyhun Bayramov alman həmkarına etirazını bildirdi: Hörmətsizlikdir...

Ceyhun Bayramov alman həmkarına etirazını bildirdi: Hörmətsizlikdir...

Ölkə

4 Noyabr 2023, 20:58

Almaniyalı xanım nazir çıxışı zamanı Azərbaycanın suverən ərazisinin adlarına paralel adlar səsləndirdi.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

O qeyd edib ki, bu suverən ölkənin coğrafi adlarına qarşı hörmətsizlikdir:

 

“Xanım nazir Şuşa və Xankəndi adlarını separatçı rejimin adı ilə səsləndirib. Beynəlxalq hüquqa hörmət etmək lazımdır. Hər suverən ölkənin coğrafi adları BMT-də qəbul edildiyi kimi səsləndirmək düzgündür".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI