Modern.az

Müdafiə Nazirliyinin zabitləri İkinci Şəhidlər xiyabanında - FOTO

Müdafiə Nazirliyinin zabitləri İkinci Şəhidlər xiyabanında - FOTO

Ölkə

8 Noyabr 2023, 08:44

Müdafiə Nazirliyinin zabit heyəti Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

 

Modern.az xəbər verir ki, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

 

Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi