Modern.az

Azərbaycanda hansı bank əmanətçiyə yüksək faizli gəlir vəd edir? - SİYAHI

Azərbaycanda hansı bank əmanətçiyə yüksək faizli gəlir vəd edir? - SİYAHI

5 Sentyabr 2013, 10:10

Son illər Azərbaycanda fəaliyyət göstərən bankların sayı artıb. İndi öz əmanətini bankda yerləşdirmək istəyən vətəndaşın seçim imkanı genişdir. Bununla yanaşı, əhalinin əksər hissəsi yığdığı vəsaiti hələ də evində, döşəyinin altında, stolların qıfıllı siyirtmələrində və ya ən yaxşı hallarda seyflərdə saxlayır. Onlar bunu daha təhlükəsiz hesab edir və arada-bir pullarına baxıb, sakitləşmək istəyirlər. Təbii ki, banklara etibar edib, əmanətlərini bankda yerləşdirən insanların da sayı az deyil. Banklar da müştərilərə əmanət yerləşdirib stabil və etibarlı gəlir mənbəyi təklif edir. İndi banka əmanət qoymaq istəyən vətəndaşları ilk növbədə öz əmanətinin müqabilində hansı faizdə gəlir götürəcəyi maraqlandırır. Maraqlıdır, hazırda banklar əmanətə görə öz müştərilərinə neçə fazir gəlir vəd edir?

Modern.az saytı banklar arasında sorğu aparıb.

“AccessBank”ın maliyyə şöbəsindən bildirdilər ki, əmanətlərə görə müştəriyə aylıq ödəniş  9,5 faizdir. Faiz əmanətlərin qoyulduğu müddətin sonunda ödənilirsə bu, rəqəm 10% olur.

AGBanka əmanət qoymaq istəyənlər minimum 100 manat yerləşdirməklə aylıq 9, müddət bitdikdən sonra isə 9,5 %-lə əmanətlərini geri götürə bilərlər.

“Azərbaycan Sənaye Bankı” (ASB) isə 500 manatdan aşağı əmanət qəbul etmir. Bankda əmanətlərə görə illik 8, aylıq isə 7,7 fazi gəlir vəd olunur.

“Bank of Azerbaijan” isə müştərisinə 6 aydan başlayaraq 36 aya qədər əmanət yerləşdirmək imkanı yaradır. Bank əmanətçinin 6 ay üçün yerləşdirdiyi əmanətə 4, 12 aylıq əmanətə 10, 24 ay müddətinə qoyulan əmanətə 11,5, 36 aylıq əmanətə isə 12% ödəyir. Əmanətçi qoyduğu əmanəti müddətin sonunda götürürsə, məbləğ ona 11%-lə qaytarılır. 

Pulunu “Bank Respublika”ya əmanət edənlər 6 və 24 aylıq müddətə əmanət yerləşdirə bilərlər. Müştəri müqavilədə qeyd etdiyi 6 ay müddəti bitdikdən sonra əmanətini 5, 1 ildən sonra 9 faizlə götürə bilir. Müddət bir il yarım və ya iki ilə qədər uzanarsa, o zaman bank əmanətçisinə 9,5 və ya 10 fazi gəlir verir.

”Bank Standart”ın müştərisi olan əmanətçilər əmanətlərini göstərilən müddətdən sonra 10,5 % -lə geri götürə bilərlər.
 
“Bank Texnique”də 12-60 aylıq əmanətləri 11,5 %-lə verirlər. Əmanətçi yerləşdirdiyi əmanətini istədiyi vaxt geri götürə bilir.

“Muğanbank” isə əmanətçiyə 3 ilə kimi bankın əmanət xidmətindən yararlanmağa imkan yaradır. Belə ki, banka əmanət yatıranlar pullarını illik 12,5, hər ayda götürməklə isə 12 fazilə geri ala bilərlə. İki illik əmanət yerləşdirənlər 13, məbləğini banka 3 illiyə yatıranlar isə 14 fazi gəlir əldə edə bilərlər.

İqtisadçı Samir Əliyev hesab edir ki, Azərbaycan banklarının əmanət faizləri inkişaf etmiş ölkələrdən 2-3 dəfə şoxdur. Mütəxəssisin sözlərinə görə, Avropa ölkələrində, Amerikada bizdəki faiz dərəcələri ilə əmanət yerləşdirmirlər.

“Ümumiyyətlə bank sektorunda rəqabət yalnız əmanət qoyuluşundadır. Bu rəqabət o qədər güclüdür ki, hər bank müştəri cəlb etmək üçün əmanətlərin faiz dərəcələrini artırır. Bunun da əsas səbəbi kiçik bankların kredit verməsi üçün əmanətə ehtiyac duyması ilə bağlıdır. Xaricdən əmanət cəlb edə bilmədiklərindən əmanətlərin faizdlərini qaldıraraq müştəri cəlb edirlər. Ona görə də xarici ölkələrdən fərqli olaraq Azərbaycanda əmanətlərin faiz dərəcələri 2-3 dəfə  yüksəkdir”.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi