Modern.az

Antiterror əməliyyatı bənzərsiz qələbəni taclandırdı - Ərdoğan

Antiterror əməliyyatı bənzərsiz qələbəni taclandırdı - Ərdoğan

8 Noyabr 2023, 17:50

"Cari ilin sentyabr ayında Qarabağda dəqiqliklə həyata keçirdiyiniz antiterror əməliyyatı Ali Baş Komandanlığınızla böyük zəhmət və fədakarlıq hesabına əldə edilmiş bu bənzərsiz qələbəni taclandırdı".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

 

"Zati-alinizin şəxsən ucaltdığı şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyi olmuşdur. Vətən uğrunda şəhid olan bütün azərbaycanlı qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm", - R.T.Ərdoğan bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama