Modern.az

Novella Cəfəroğlu: “Bu il böyük əfvin olacağı gözlənilir”

Novella Cəfəroğlu: “Bu il böyük əfvin olacağı gözlənilir”

5 Sentyabr 2013, 15:06


Prezident seçkiləri ərəfəsində Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsi cəmiyyətdə bu əfvin digərlərindən fərqli olacağı ilə bağlı fikirlərin yaranmasına səbəb olub. Artıq Prezident yanında Əfv Məsələləri üzrə Komissiya iclaslara başlayıb və onlara təqdim edilən siyahılara baxılır. Bəs hüquq müdafiəçiləri onlara öz siyahılarını təqdim ediblər?

Hüquq müdafiəçisi Səidə Qocamanlı Modern.az-a açıqlamasında siyahılarının çoxdan göndərildiyini bildirib. “Çox arzu edərdik ki, digərlərindən fərqli olaraq budəfəki əfv siyahımızı əhatə etsin və seçki ərəfəsində cəmiyyətdə əmin-amanlıq, inam, ümid yaradan fərman verilsin”.

S.Qocamanlı hazırladıqları siyahıda çox adamın adının qeyd olunduğunu bildirib.“Orada eks-nazirlər, jurnalistlər, “OMON”çular, NİDA-çılar da var. Bu adamlar artıq cəzasının üçdə ikisini çəkiblər. Ona görə bunların azadlığa buraxılması mümkündür”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu qeyd edib ki, onların da hazırladıqları siyahılar Əfv Komissiyasında var. “Siyahıya hələ də məhkəmələri davam edən NİDA-çılar, Tofiq Yaqublu, İlqar Məmmədov, jurnalistlər daxil edilib. Onların hamısının azad olunmasını gözləyirik”.

Bu ilin seçki ili olduğunu deyən N.Cəfəroğlu bildirib ki, budəfəki əfv digərlərindən seçiləcək. “Seçki ilində bir çix məhbusların azadlığa buraxılması şansı böyükdür. Bu, milli barışıq rəmzi olacaq”.  

Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi