Modern.az

İlham Əliyev öz əmlakı və gəliri barədə MSK-ya arayış təqdim edib

İlham Əliyev öz əmlakı və gəliri barədə MSK-ya arayış təqdim edib

5 Sentyabr 2013, 15:19

“Prezidentliyə namizədlikləri təsdiqlənmiş İlham Əliyev və İqbal Ağazadə öz daşınmaz əmlakları və son bir ildə əldə etdikləri gəlirlər barədə MSK-ya arayış təqdim ediblər”. Bunu Modern.az-a Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib.

“Seçki Məcəlləsinin tələblərinə görə, müvafiq sənədlərlə birlikdə əmlak və gəlirlər barədə məlumatlar Komissiyaya təqdim olunmalıdır. Bu məlumatların ictimaiyyətə açıqlanması namizədlərin öz işidir. Mərkəzi Seçki Komissiyası bu informasiyaları cəmiyyətə yaymaq üçün almır. Əmlak haqqında arayış, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, toplanan imzalarla birlikdə MSK-ya daxil olur”.

Mikayıl Rəhimov imzatoplama kampaniyasını yekunlaşdıran Zahid Orucun da imza vərəqələri ilə birgə əmlak və gəlirləri haqqında arayışı da MSK-ya təqdim etdiyini bildirib.

 

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi