Modern.az

Orduda Konstitusiya Günü münasibətilə silsilə tədbirlər

Orduda Konstitusiya Günü münasibətilə silsilə tədbirlər

12 Noyabr 2023, 18:03

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda 12 Noyabr - Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

 

Çıxış edənlər müstəqilliyin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan yeni konstitusiyamızın qəbul edilməsinin tarixi əhəmiyyətindən ətraflı danışaraq bildiriblər ki, Ümummilli Liderin 6 fevral 1996-cı il sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib. Qəbul edilməsindən 28 il ötən, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilmişdir.

 

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində işğala son qoyularaq, ərazi bütövlüyümüz təmin edildikdən sonra respulikamızın bütün bölgələrində Konstitusiya quruluşu bərpa edilib. Bu gün Konstitusiya Günümüz ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama