"Büdcədə sosisal xərclərin artırılmasını qeyd etməliyik. Büdcə xərclərinin 43 faizinin bu istiqamətə yönəlməsi təqdirəlayiqdir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
"Yəqin ki, ilin sonuna birrəqəmli inflyasiyanın şahidi olacayıq. Arzu edərdik ki, ərzaq inflyasiyası da birrəqəmli həddə düşsün", - deyə komitə sədri bildirib.