Modern.az

Qarabağ xristian-müsəlman qarşıdurması müstəvisində - I yazı

Qarabağ xristian-müsəlman qarşıdurması müstəvisində - I yazı

6 Sentyabr 2013, 17:26

Akif Nağı

Qüdsdən başlayan düşmənçilik

Qarabağ müharibəsi, münaqişəsi, problemi kimi tanınan məsələ Azərbaycanın torpaqlarının, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun, cəmisi 14 min kvadrat kilometrlik ərazinin Ermənistan tərəfindən işğal edilməsindən ibarətdir. Ermənistan və onun havadarlarının işğal faktına başqa don geyindirmək cəhdlərinin heç bir əsası yoxdur. Qarabağ müharibəsinin kökündə həm Azərbaycana qarşı əsassız ərazi iddiaları, həm də islam dünyasının mövqelərinin zəiflədilməsinə cəhd dayanır. Ona görə də mən bu müharibəni həm də islam dünyasına qarşı təcavüz kimi nəzərdən keçirirəm.

 Xristian qəsbkarları tarix boyu ermənilərdən müsəlman ölkələrinə qarşı dəfələrlə istifadə ediblər. Buna dair Türkiyə, İran, Azərbaycan, Yaxın Şərq və digər ölkələrin tarixində çoxlu sayda nümunələr var. Ermənilərin islam dininə uyğunlaşa bilməməsi, islama düşmən münasibət sərgiləmələri onlardan bu yolda istifadə olunmasını şərtləndirir. İslamın ilk xəlifələrindən Həzrət İmam Əli(ə) da bu fakta diqqəti yönəltmiş, ermənilərin islama qəbul edilməməsi ilə bağlı göstəriş də vermişdi. Dünyanın elə bir xalqı yoxdur ki, onun müəyyən bir hissəsi, heç olmazsa tanınmış bir şəxsi islamı qəbul etməsin. Yalnız ermənilər bu mənada istisna təşkil edir, bir nəfər də tanınmış erməni olmayıb ki, islamı qəbul etsin və ya islam haqda müsbət fikir səsləndirsin. XVII əsrdə Osmanlı imperiyasında sırf konyuktur maraqlar baxımından bir qrup erməni islamı qəbul etdi, onlara “amşen” deyilirdi. Indi onların az bir qismi Türkiyədə və Şimali Qafqazda qalmaqdadırlar, lakin nə erməni kimi erməni, nə də müsəlman kimi müsəlmandırlar. Ona görə də ermənilərin həmişə antiislam cəbhəsində, düşərgəsində yer alması heç kəsi təəccübləndirməməli və hər kəs tərəfindən nəzərə alınmalıdır.

 Ermənilər bu regiona yad ünsür kimi gəliblər, bir neçə yüz il sonra xristian dinini qəbul ediblər və bundan sonra böyük xristian dövlətlərinin himayəsinə sığınaraq ətraf ölkələrdən torpaq almağa çalışıblar. Böyük xristian dövlətləri ermənilərin bu istəklərindən öz maraqları üçün yararlanmağa çalışıblar. Erməni müəllifləri özləri etiraf edirlər ki, haylar(ermənilər) e.ə VIII əsrdə Balkanlarda yaşayırdılar, həmin vaxt kimmeri tayfaları o ərazilərdən keçərək Kiçik Asiyaya gəlir, erməniləri də özləri ilə gətirirlər. Ermənilər indiki Türkiyə ərazisində bu cür peyda olublar. Onların digər ərazilərə yayılması Ərəb Xilafətinin vaxtına təsadüf edir. Erməni kilsə yazılarında göstərilir ki, ermənilər İran ərazisinə XVI-XVII əsrlərdə Kilikiyadan, yəni Kiçik Asiyadan köçüb gəliblər. Onlar Azərbaycana da təxminən bu vaxtlar gəliblər. Ermənilərin Matedaran arxivindəki sənədlərdən birində göstərilir ki, erməni keşişi Qriqor XV əsrin sonlarında Üçkilsə (ermənilərin “Eçmiədzin” dedikləri) və daha 6 kəndi Ağqoyunlu hökmdarlarından pulla, 530 min Təbriz dinarına aldı. Orta əsr müəllifləri yazırlar ki, XVII əsrin sonu – XVIII əsrin əvvəlində İrəvan şəhərində 2 min ev, təxminən 10 min əhali var idi. Burada ermənilərin sayı təxminən 300 nəfər idi, onlar da şəhər ətrafında yerləşmişdi. Yerdə qalanların hamısı azərbaycanlı idi. Rus mənbələrinin bildirdiyinə görə, 1826-cı ildə İrəvan xanlığında əhalinin 80 faizi azərbaycanlı, 20 faizi digər millətlər, o cümlədən erməni idi. Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində 1886-cı ildə azərbaycanlıların sayı 50 faizə enmişdi, ermənilər isə 48 faiz təşkil edirdi. Bu nisbət 1918-ci ilə qədər, yəni İrəvanın ermənilərə güzəştə gedildiyi vaxta qədər də dəyişməmişdi. 1918-ci il mayın 29-da gənc Azərbaycan respublikası böyük dövlətlərin, daha doğrusu xristian dövlətlərinin təzyiqləri qarşısında İrəvanı ermənilərə vermək məcburiyyətində qaldı. Ermənilərin bu gün “qədim erməni şəhəri” kimi təqdim etdikləri İrəvan şəhərinin və bölgəsinin tarixi bundan ibarətdir. Onu da qeyd edim ki, İrəvan şəhərinin adı 1936-cı ildə Sovet hökumətinin qərarı ilə dəyişdirilərək “Yerevan” edildi. Ermənilər xristian dövlətlərinin köməyi ilə Səfəvi dövlətinin məşhur sərkərdələrindən Rəvanqulu xanın saldığı və onun adını daşıyan Rəvan (İrəvan) qalasını, şəhərini, mahalını bax bu cür erməniləşdirib erməni məmləkətinə çevirdilər.

 Qarabağda da eyni proseslər gedirdi. Rus mənbələrinə görə, 1823-cü ildə, yəni tam rus işğalı ərəfəsində indi “Dağlıq Qarabağ” adlandırılan (bu termini də 1921-1923-cü illərdə rus hökuməti ortaya atdı, o vaxta qədər vahid Qarabağ, başdan-başa azərbaycanlıların yaşadığı, Azərbaycan məmləkəti olan Qarabağ mövcud idi) ərazilərdə azərbaycanlılar 80 faiz, ermənilər 20 faiz təşkil edirdi. Rusların köçürmə siyasəti nəticəsində az sonra, 1832-ci ildə bu rəqəmlər 65 faiz və 35 faiz, 1897-ci ildə isə müvafiq olaraq 53 faiz və 45 faiz təşkil etdi. Rusların bütün səylərinə baxmayaraq (onlar azərbaycanlıları zorla çıxarır, yerlərinə erməniləri gətirirdilər), azərbaycanlılar hələ də üstünlük təşkil edirdi. Yalnız Sovet hökumətinin dövründə azərbaycanlıları qırıb məhv etməklə bu nisbəti ermənilərin xeyrinə dəyişə bildilər. Qarabağda yaşayan azsaylı ermənilər həmişə xristian faktorunu qabartmağa, bununla xristian dövlətlərinin dəstəyini qazanamağa çalışırdılar. Onlar Avropanın xristian dövlət başçılarına, Rusiyanın rəhbərlərinə məktublar yazır, “müsəlman zülmü”ndən imdad diləyirdilər. Əslində onlara heç bir zülm edilmir, hər cür şərait yaradılmışdı. Onlar hər şeyi saxtalaşdırır, ağ yalan yazmaqdan çəkinmirdilər. 1798-ci ildə 2 erməni məliyi (kəndxudası) Qarabağdan rus hökmdarı I Pavelə məktub yazmışdı. Cəmşid adlı birisi yazırdı ki, mən Şuşa qalasının hakimiyəm, gəlin, Sizi qarşılamağa hazırıq. Həmin dövrdə Şuşa Qarabağ xanlığının mərkəzi idi, hökmdarı isə azərbaycanlı İbrahim xan idi. O birisi, Firudin adlı məlik isə yazırdı ki, mən İyirmidördlər tayfasının başçısıyam və s. Qarabağda belə bir tayfa var idi, təmiz azərbaycanlı tayfası idi. Buna erməni yalançılığı, saxtakarlığı demək azdır, gərək erməni səfehliyi, axmaqlığı deyəsən. Amma təəssüf ki, bu sefehliyə inananların da sayı az deyil. Bu gün də dünya daha doğrusu, xristian dünyası bizim dediyimiz açıq-aydın həqiqətlərə deyil, erməni səfehliyinə, axmaqlığına, sayıqlamalarına inanır. Nə üçün?

 Çünki bu, müsəlman – xristian qarşıdurmasıdır. Xristian dünyası ermənilərin tərəfini vermək istəmir. Bölgədə xristian ermənilərin üstünlüyünə, yeni ərazi zəbt etməsinə nail olmağa çalışır. Xristian dövlətləri regionda müsəlman təsirinin, mövqeyinin zəiflədilməsini istəyir və bunun üçün erməni faktorundan alət kimi istifadə edir. Son yüz ildə Qüds məsələsindən də bu məqsədlə istifadə edilib. “Qüds” yəhudilərin yaratdığı problem deyil, xristianların ortaya gətirdiyi məsələdir. Yəhudilər bu məsələdə alətdirlər, lakin öz maraqlarını da yeritməyi bacaran alətdirlər. Ona görə də alət olmaqdan çəkinmirlər. Ermənilər də eynən alət olmaqlarından maksimum yararlanmağa çalışırlar. Qüds probleminin tarixinə qısaca nəzər salaq. Qüds xristianlarla  müsəlmanların münaqişə meydanı kimi ortaya gəlib. Xristian Bizans 638-ci ildə Qüdsün Xilafətin nəzarətinə keçməsini həzm edə bilmədi. Qarşıdurma başladı və 1099-cı ildə səlibçilərin şəhəri tutmaları ilə nəticələndi. Səlibçilərin müsəlmanların, fikir verin, həm də yəhudilərin kütləvi qırğınını təşkil etdilər. Qüdsün geri qaytarılması müsəlmanların şərəf işinə çevrildi və 1187-ci ildə Səlahəddin Əyyubi bu vəzifənin öhdəsindən gələ bildi. Müsəlmanlar şəhəri alandan sonra heç bir qırğın törətmədilər. Xristianların da qalıb yaşamasına imkan verdilər, yəhudilər üçün isə xüsusi imtiyazlı şərait yaratdılar. Xristianlar 700 il Qüds qisası hissi ilə yaşadılar. Dəfələrlə ələ keçirməyə cəhd göstərdilər, nail ola bilmədilər. Yalnız I dünya savaşı və Osmanlı imperiyasının zəifləməsi və süqutu onların qisas gününü yaxınlaşdırdı. Qüds, bütövlükdə Fələstin torpaqları I dünya savaşının qalib dövlətlərindən İngiltərənin ixtiyarına verildi. Xristianlar 700 illik həsrətin ləzzətini yaşamaqdan, Səlahəddinə nifrət hissini nümayiş etdirməkdən özlərini saxlaya bilmədilər. İngilis generalı Allinbi 1917-ci ildə, fransız generalı Anri Quro isə 1920-ci ildə Səlahəddinin qəbri üzərində “biz yenə də gəldik və bundan sonra xaçımız sizin ayparanın üstündə olacaq”, -deməklə ürəklərini soyutmağa çalışdılar və islam dünyasına olan nifrətlərini gizlətmədilər.

Xristian dünyası bu dəfə Fələstin torpaqlarını, o cümlədən Qüdsü əldə saxlamaq üçün yəhudilərdən istifadə etməyi qərarlaşdı. İngiltərə nəzarətində olan bu ərazilərə sürətlə yəhudiləri köçürməyə başladı. İstər-istəməz paralellər yada düşür, təxminən 1 əsr əvvəl ruslar da eyni qaydada erməniləri Azərbaycan torpaqlarına köçürməyə başladılar, indi I dünya savaşından sonra həmin torpaqlarda xristian dövlətlərinin köməyi ilə erməni dövləti yaratdılar. Fələstinlilər ingilislərin niyyətini başa düşür, yəhudilərin köçürülməsinə etiraz edirdilər, hətta 1936-cı ildə üsyan da etdilər. Lakin onların üsyanları ingilislər, yəhudilər yox, ingilislər tərəfindən yatırıldı və az sonra həmin ərazilərdə İsrail dövlətini yaratdılar, sonra isə regionun bəlasına çevirdilər. Bəzən deyirlər ki, yəhudilər mason təşkilatları vasitəsilə dünyanı idarə edirlər. Tamamilə yanlış və yəhudi millətçilərinin özünəvurğunluq hisslərinə hesablanmış fikirdir. əslində İsrail dövləti regionu nəzarətdə saxlamaq istəyən böyük xristian dövlətlərinin əlində alətdir. Bu fikir çoxlarına qəribə gələ bilər, amma nəticə çıxarmağa tələsməyin və düşünün, görək, bu balaca İsrail dövləti yaranandan yəhudilər nə qazanıblar? Daimi gərginlik, bitmək bilməyən ölüm-itim, qonşuların sönməyən nifrəti. Bu dövləti bunun üçünmü yaradırdılar? Mən yəhudi millətçilərinə, sionistlərə bəraət qazandırmaq fikrində deyiləm. Sionist rejim Fələstinlilərə, digər qonşularına qarşı işğal hərəkəti törədib, çox vəhşiliklər edib, öz günahını etiraf etmək fikrində də deyil. Onlar özləri özlərini məhv edirlər, bilərəkdən və ya bilmiyərəkdən uçuruma doğru gedirlər. Ermənilər də eyni dərəcədə böyük xristian dövlətlərinin sifarişini yerinə yetirirlər, bununla da özlərinə qəbir qazırlar. Azca ağlı olan erməni başa düşməli idi ki, qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla qarşıdurmaya getməsəydilər, çox firəvan və zəngin yaşaya bilərdilər. Lakin bunu istəmədilər və xristian dünyasının islama qarşı mübarizəsinin kiçik alətlərindən birinə çevrildilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi