Modern.az

Valideynləriini itirmiş veteranlara növbədənkənar evlər verilsin - TƏKLİF

Valideynləriini itirmiş veteranlara növbədənkənar evlər verilsin - TƏKLİF

Ölkə

16 Noyabr 2023, 15:48

Milli Məclisdə hər iki valideynini itirmiş, qalmağa heç biri yeri olmayan müharibə iştirakçılarına növbədənkənar evlərin təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında deputat İlham Məmmədov çıxış edib. 


“Bu gün hər iki valideynini itirmiş, qalmağa heç biri yeri olmayan müharibə iştirakçılarına növbədənkənar evlər verilə bilər. Onların sayı da çox azdır, hətta deyərdim ki, üç-beşdir. Belə şəxslərə evlər verilə bilər. Bu yaxınlarda rayonda Rüfət Mehdiyev adlı şəxs belələrindən idi. Onun nə valideynləri, nə bacı-qardaşı vardı. Eyni zamanda himayəsində yaşadığı valideynlər də həyatını itirib. Hesab edirəm ki, belə şəxslər çox azdır”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI