Modern.az

ABŞ etibarını itirib: Vaşinqton vasitəçi ola bilməz - Türkiyədən REAKSİYA

ABŞ etibarını itirib: Vaşinqton vasitəçi ola bilməz - Türkiyədən REAKSİYA

Ölkə

21 Noyabr 2023, 17:36

Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib. Dinləmədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksi iştirak ediblər.

 

Senator və məmurlar Azərbaycana qarşı qərəzli fikirlər səsləndiriblər. Daha sonra ABŞ Senatı Azərbaycana hərbi yardımları dayandıran sənəd qəbul edib. Rəsmi Bakı dinləmələrdə səsləndirilən birtərəfli və qərəzli fikirlərin səmərəsiz, əsassız və qəbuledilməz olduğunu bildirib.

 

Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. "Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir", - Nazirlik vurğulayıb.

 

ABŞ niyə Azərbaycana qarşı çıxmağa, danışıqlarda Ermənistanın tərəfini tutmağa üstünlük verdi?

 

Mövzu ilə bağlı Modern.az-a danışan keçmiş diplomat Hulusi Kılıç bildirib ki, Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və güvənə xüsusi önəm verir:

 

"Azərbaycan prinsiplərə öncəlik verən bir ölkədir və milli maraqlarına zidd olan addımlara qarşı adekvat tədbirlər görür. Daha öncə də Vaşinqtonda xarici işlər nazirlərinin toplantıları oldu. Azərbaycan hər dəfə bu görüşlərdə iştirək edib. İndi Amerika dövlət katibinin köməkçisi Ceyms Obraynın verdiyi əsassız açıqlamalar göz önündədir. Belə açıqlamalar səsləndikdən sonra Azərbaycan xarici işlər nazirinin Vaşinqtona dəvət edilməsi qəbuledilməzdir. Bundan bir neçə ay öncə ABŞ Ermənistanda hərbi təlimlər həyata keçirdi. Bu, əslində hər şeyi göstərir. Nəticə etibarı ilə Azərbaycan ABŞ-a olan güvənini itirdi. Əgər hərhansı bir ölkə vasitəçilik etmək istəyirsə, hər iki dövlətə də eyni dərəcədə yaxınlıq göstərməlidir. Azərbaycan hər zaman ABŞ-la olan münasibətlərinə xüsusi önəm verdiyini açıqlayıb. Qarşı tərəfə elə addımlar atmalıdır ki, Azərbaycanın güvəni sarsılmasın".

 

H.Kılıc vurğulayıb ki, erməni diasporunun təsiri altında olan ABŞ-ın xarici siyasəti qəbuledilməzdir:

 

"Azərbaycan bölgənin ən güvənli ölkəsidir. Hər kəs bu ölkəyə güvənir. Çünki Azərbaycan sözündə duran və ədalətə inanan və onu həyata keçirən bir dövlətdir. Bu hadisələrdən sonra Azərbaycanın görüşdən imtina etməsi son dərəcə normal bir addımdır. Çünki dövlət siyasəti məhz belə olmalıdır. Əslində bölgə ilə əlaqəsi olmayan bir dövlətin vasitəçi olması qəbuledilməzdir. Ermənistan zaman itirmədən, ağlını başına yığaraq sülh danışıqlarına başlamalıdır. Çünki vasitəçilər vaxt itkisinə səbəb olur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, tez bir zamanda sülh müqaviləsi imzalanmalıdır. Təbii ki, bu saziş bağlandıqdan sonra Türkiyənin Ermənistanla əlaqələri normallaşdıracaq. Bundan sonra yeni bir dönəm başlayacaq. Yəni Ermənistan problemin həllini uzaqda axtarmalı deyil. Çünki biz bölgə ölkəsi olmayan bir ölkənin vasitəçiliyinə inanmırıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir