Modern.az

Prokurorluq dövlət qurumunda əməliyyat keçirdi - Saxlanılanlar var

Prokurorluq dövlət qurumunda əməliyyat keçirdi - Saxlanılanlar var

Ölkə

17 Noyabr 2023, 16:36

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin sektor müdiri Sadiq Salmanov, Zaqatala Regional Mərkəzinin direktoru Rəşad Mahmudov və digər vəzifəli şəxslər saxlanılıb.

 

Hazırda cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirilməsi faktını təsdiqləyiblər. Bildirilib ki, əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama