Modern.az

Astarada qanunsuz ov edən şəxslər saxlanıldı

Astarada qanunsuz ov edən şəxslər saxlanıldı

Ölkə

19 Noyabr 2023, 13:52

Astarada ağaclara tor qurmaqla qanunsuz ov edən şəxslər aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Rüdəkənar kəndi ərazisində 4 nəfər rayon sakini A.Həsənov, E. Kazımov, K. Rzayev və C. Kazımovun qanunsuz ov etdikləri aşkarlanıb.

 

Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

 

Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

 

Faktlar üzrə Astara RPŞ-də araşdırma aparılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama