Modern.az

İntiharlar şəhərinə çevrilən Gəncə - ARAŞDIRMA

İntiharlar şəhərinə çevrilən Gəncə - ARAŞDIRMA

10 Sentyabr 2013, 10:24

Sentyabrın 10-u intiharlara qarşı mübarizə günüdür

Övladlarının ac qalmasına dözməyən ata intihar etdi, həyatından bezdi, özünü öldürdü, danlanan məktəbli həyatına qəsd etdi, əri ilə dalaşan qadın zəhər içdi, həyat yoldaşını itirən kişilər özlərini öldürdülər...

Azərbaycanda sadalanan, eyni zamanda digər səbəblərdən insanların özlərini könüllü şəkildə həyatdan məhrum etmələrinin qarşısının alınması ilə bağlı demək olar heç bir proses getmir. Modern.az saytının məlumatına görə, bunun başlıca səbəblərindən biri cəmiyyətin bu cür faktlara biganəliyidirsə, digər səbəbi, intiharlarla əlaqədar, ümumiyyətlə rəsmi statistikanın toplanmaması ilə bağlıdır. Əlbəttə, dünyanın bir çox inkişaf etmiş ölkələrində belə intiharların qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçirilsə də, uğurlu nəticə əldə etmək mümkün olmur.

Sentyabrın 10-u bir qayda olaraq Ümumdünya Səhiyyə Təşkilatının (DST) qərarı ilə hər il intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatı intiharların qarşısının alınması üzrə beynəlxalq assosiasiyanın sponsorluğu ilə hər il beynəlxalq xarakterli aksiyalar da həyata keçirir. ÜST-ün ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlərin sayı müharibə nəticəsində ölənlərdən çoxdur.

Müasir həyat tərzi, iş və başqa subyektiv faktorlar müəyyən məqamda insanları öz həyatlarına qarşı cinayət törətməyə sövq edir. Hər gün dünyada 3 minə yaxın insan özünü öldürməklə həyatına son oyur. Hər baş tutan intihara qarşı 20 reallaşmayan hadisə qeydə alınır. Bu səbəbdən özünü həyatdan məhrum etmək cəhdləri reallaşan intihardan 7-10 dəfə çoxdur. Təəssüf ki, bu hadisələr çox vaxt qeydə alınmır. İntiharlarin yayıldığı ölkələr sırasında inkişaf etmiş ölkələr liderlik edir. Bu faciəli statistikada birincilik Şərqi Avropa ölkələrinin, Latviya, Litva və Macarıstanın payına düşür. Bu ölkələrdə hər 100 min əhaliyə 20-dən çox intihar olayı düşür. Yaponiyada ildə intiharla təxminən 30 min adam həyatına son qoyur. Afrika ölkələri ilə bağlı statistik məlumatlar yoxdur. Amma ən aşağı göstərici islam və Latın Amerikası ölkələrindədir. Məsələn, Misirdə, Dominikan Respublikasında, Albaniyada, Yunanıstanda və İtaliyada göstərici aşağıdır. Kişilər arasında intihar qadınlarla müqayisədə 4 dəfə çox baş verir. Amma digər tərəfdən, qadınların həyatlarına qəsdə cəhd etməsi kişilərlə müqayisədə 4 dəfə çoxdur. Ekspertlər bildirirlər ki, bu addımı atmaq qərarına gələn insanların əksəriyyəti ölməyi qəti şəkildə qarşısına məqsəd qoymurlar. İntiharın əsas səbəbləri sırasında yoxsulluq, işsizlik, cəzalandırılmadan irəli gələn qorxu, ruhi xəstəliklər, ailədəki qanqaraçılıq və sağalmaz xəstəliklərə yoluxmaqdır.

Aramızda milyonlarla intiharçı var

İldə dünyada 1 milyona yaxın insan intihar edir, bu bütün ölüm faktlarının 1,5 faizi qədərdir. Belçika və ABŞ araşdırmaçılarının qənaətinə görə, son 50 ildə intiharların sayı 60 faiz artıb. Finlandiya, Latviya, Macarıstan, Yaponiya, Çin və Qazaxıstanda 100 min nəfər əhaliyə orta hesabla 20 və daha çox intihar düşür. Dünyadakı intiharların 30 faizinin baş verdiyi Çində ölümlərin 3,6 faizi intihar nəticəsində baş verir.

İntiharların çox olduğu ölkələr risk qrupuna daxil edilirlər. Azərbaycan bu qrupa aid deyil. Bizim ölkəmizdə hər yüz min nəfər əhali sayına düşən intihar faktlarına da görə vəziyyət ciddi narahatlıq doğuracaq həddə çatmayıb. Ancaq son illər insanlarımız müxtəlif səbəblərdən canlarına qıymaqdan vaz keçmirlər. Bu səbəbdən hər ay ən azı intihar və buna cəhd qeydə alınır. Azərbaycanda özlərini həyatdan könüllü şəkildə məhrumetmə hadisələrinin çoxu paytaxtın payına düşür. Bölgələrə gəldikdə, son illər bir qayda olaraq şimal, cənub və şimal-qərb  bölgələrində yaşayanlar arasında intiharlar daha çox baş verir. Məsələn, 2013-cü ilin ötən 8 ayında şimal bölgəsində 21 nəfər ya intihar edib, ya da belə cəhdə təşəbbüsdə olub. Nə qədər təəccüblü olsa da, bu il cənub bölgəsində baş verən intiharların sayı azalıb. 8 ayda bu göstərici 13 olub. Şimal-qərb bölgəsində həyatına qəsd edənlərin sayı 21-dir. Qeyd edək ki, həmin bölgədə daha çox Zaqatala rayonunda insanlar intihar edirlər. Ötən müddətdə 9 fakt baş verib.

Gəncə intihar şəhərinə çevrilir

8 ayda qədim Gəncədə həyatdan özünü könüllü məhrum edənlərin sayı 6 nəfər olub. Amma 22 nəfər intihara cəhd edib ki, bu, ciddi həyəcan təbili çalınmasına rəvac verir. Adətən, dünyanın hər yerində qadınlar kişilərə nisbətən daha çox həyatlarına qəsdə cəhd edirlər. Gəncədə də belədir. 16 qadın özünü öldürmək məqsədilə müxtəlif vasitələrə əl atıb. Əgər intihar edən 6 nəfərin yalnız ikisi qadındırsa, göründüyü kimi cəhdlə bağlı statistika tamamilə fərqlidir. Yeri gəlmişkən, intihara cəhd edənlərin ikisi məktəbli və yeniyetmə olub.

Hərbi şəhərcikdə dəhşətli intihar

Fevral ayında Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 38 saylı hərbi şəhərciyin həyətində 23 yaşlı Ayşənİsmayılovaüstünə benzin tökərək özünə od vurub. A.İsmayılova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, fevralın 23-də ölüb.

İntihar edən gənc qız bir müddət əvvəl ailə həyatı qurub və ailəsi ilə hərbi şəhərcikdə məskunlaşıb.

Yaşlı qadın, ordunun əsgəri intihar edib

Gəncə şəhərində yaşayan, 88 yaşlı Fizzə Hümbətova yaşadığı evdə özünü asıb.

Aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılan Emin Quliyev ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

Gənc oğlan özünü partladıb

Mayın 1-də Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən mənzillərdən birində yaşayan, 22 yaşlı KamranMəmmədovgünortasaatlarındaözünü əl qumbarası ilə partladıb.

19 yaşlı Vüsalə Fərzəliyeva yaşadığı evin damında özünü asıb. Gəncə hüquq-mühafizəorqanlarından verilən məlumata görə, gənc qızın özünə qəsd etməsinin səbəbi maddi imkansızlıq olub.

Belə ki, V.Fərzəliyeva builki imtahanların nəticələrinə görə ali məktəbə qəbul olunsa da, Bakıda normal təhsil ala bilməsi üçün ailəsinin maddi imkanı yetərli olmayıb. Ali təhsil almağı nə qədər arzulasa da, Bakıda yaşamaq və təhsil almaq onun üçün əlçatmaz olduğu qənaətinə gəlib və sonda çıxış yolunu canına qəsd etməkdə görüb.

Kəlbəcərli məcburi köçkün özünü yandırıb

Gəncədə xeyli müddətdir intihar dalğası müşahidə edilməkdədir. Burada bəzən gün ərzində bir neçə nəfər həyatına qəsdə cəhd edir. Səbəblər müxtəlifdir. Məsələn, 15 yaşlı Almaz Kərimovanın özünü yandırmasına torpaq mübahisəsinin səbəb olduğu bildirilib. Hadisə Kəlbəcərdən olan məcburi köçkünün məskunlaşdığıADAU-nun Gülüstan qəsəbəsindəki 6 saylı yataqxanasında baş verib. Araşdırma zamanı məlum olub ki, Kəlbəcər rayon sakini Gülöyşə Kərimova ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt edib və orada tikinti işləri aparır. Polisə həmin qanunsuz tikintinin qarşısının alınması üçün kömək edilməsi üçün xahiş edilib. Sahə inspektoru martın 7-də həmin əraziyə gedərkən orada, həqiqətən də 4 fəhlənin qanunsuz tikinti işləri apardığını görüb və məsələni araşdırmaq məqsədilə həm ərizəçini, həm də tikintinin sahibi Gülöyşə Kərimovanı Nizami rayon Polis İdarəsinə dəvət edib. Buzamanevdəolan Gülöyşə Kərimovanın 15 yaşlı qızı Almaz Kərimova anasının polis idarəsinə getməsinə etiraz əlaməti olaraq evdə olan nefti üzərinə tökərək özünü yandırıb.

Daha bir kəlbəcərli məcburi köçkün, Goranboyun Qaraçinarlı kəndində məskunlaşan,Gəncə şəhərində yaşayan bacısının evinə qonaq gələn 31 yaşlı Mehparə İsmayılova özünü 3-cü mərtəbədən ataraq intihar etmək istəyib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qadın 8 ildir əsəb xəstəliyindən əziyyət çəkir və müalicə almaq üçün Gəncənin 38 saylı hərbi şəhərciyində yaşayan bacısı evinə qonaq gəlib.

Gəncədə daha bir intihara cəhd İmamzadə qəbiristanlığında baş verib. Şəhərin Sadıllı qəsəbəsində yaşayan, 76 yaşlı Pakizə Qəhrəmanova iki övladının dəfn edildiyi qəbiristanlıqda kimyəvi məhlul içərək özünü öldürmək istəyib.

27 yaşlı H.Quliyeva isə anasının ölümünə dözə bilmədiyindənhəyatına qəsdə cəhd edib. O, intihar məqsədi ilə xeyli sayda nistatin və tetrasiklin həbləri içib. Ailə üzvlərinin vaxtında müdaxiləsi hesabına gənc qadının həyatını xilas etmək mümkün olub.

Atasının təzyiqlərinə dözmədi...

Azərbaycanda qeydə alınan intiharlara bir çox hallarda ailədaxili münaqişələr də səbəb olur. Gəncədə 18 yaşlı A.Nağıyevanın özünü könüllü olaraq həyatdan məhrum etməyə cəhd göstərməsi də ailədəki problem səbəbindən ortaya çıxıb. Dərmandan ağır formada zəhərlənərək xəstəxanaya yerləşdirilən gənc qızın bu addımı atması, sən demə atası və əmisi tərəfindən ona edilən təzyiqlər olub. O, bu davranışdan əsəbiləşərək özünü zəhərləyib. 25 yaşlı şəhər sakini S.Babayevanın bir neçə ədəd dərman həbi qəbul etməsinin səbəbi kimi onun ailəsində olan söz-söhbətlərə dözməməsi göstərilib. Digər gəncəli, 41 yaşlı Ceyhun Əliyev evdə əsəbiləşərək özü özünü bıçaqlayıb. Əsəb xəstəsi olduğu bildirilən 19 yaşlı İmamverdi Tağızadə isə evdə mübahisə etdikdən sonra bıçaqla döş qəfəsinə xəsarət yetirib.

54 yaşlı S. Qasımova xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə ağır metal duzu qəbul edərək gözünü öldürmək istəyib. 23 yaşlı şəhər sakini A. Hüseynova ağır zəhərlənmə və bilək nahiyələrində damarlarının kəsilməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, gənc qızın başı ağrıdığı üçün o 5 ədəd adını bilmədiyi dərman həbi qəbul edib. Ağrılarının kəsmədiyin görən A. Hüseynova ülgüc ilə bilək nahiyəsində olan damarlarını kəsib

Bal toplaya bilmədi, özünü zəhərlədi

Gəncə şəhər Natəvan qəsəbə sakini, 16 yaşlı Natiq Əliyev ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, N. Əliyev sınaq imtahanından yüksək bal toplaya bilmədiyi uşun sirkə turşusu içərək intihar etmək istəyib. 6 dəfə cərrahiyyə əməliyyatı keçirən 33 yaşlı G.Mustafayeva dərman içərək canına qəsd etmək istəyib. Araşdırma zamanı məlum olub ki, onun bu addımı atmasına səbəb keçirdiyi əməliyyatlar nəticəsində yaranan baş ağrılarına dözə bilməməsidir.

Banka borcu olan özünü bıçaqladı

Gəncə şəhər sakini, 32 yaşlı Faiq Yusifov qarın nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

Polis əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, F. Yusifovun banklardan birinə borcu olub, iyunun 3-də ödəniş etməli imiş. İmkanı olmadığından ödənişi edə bilməyən F. Yusifov əsəbiləşib və bıçaqla özünə xəsarət yetirib. 35 yaşlı G.İsayeva da borc üzündən sirkə turşusu içərək canına qıyıb.  Araşdırma zamanı məlum olub ki, G. İsayeva pul aldığı şəxsə borcunu ödəyə bilmədiyi üçün bu addımı atıb.

18 yaşlı Gəncə şəhər sakini Ş. Abbasovanın özünü zəhərləməsi uğursuz sevgisi olub.

Araşdırma zamanı Ş. Abbasova bildirib ki, sevdiyi 18 yaşlı C. Məmmədovun başqa qızla nişanlandığın eşidəndə dözə bilməyərək 7 ədəd müxtəlif dərman preparatları içərək intihar etmək istəyib.

Məhkəmə binasının qarşısında özünü yandırdı

Şəmkir rayon sakini, 54 yaşlı Çimnaz Hacıyeva Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibatı binasının qarşısında üzərinə neft tökərək özünü yandırmaq istəyib. Ətrafdakı şəxslərin səyi nəticəsində qadının əlindən kibriti almaq mümkün olub. Məlumata görə, Ç. Hacıyevanın qızı Bəsti Məmmədova bir neçə ay öncə Şəmkir rayonunda əri tərəfindən qətlə yetirilib. Şəmkir rayon Prokurorluğunda açılan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində göndərilib. Dövlət ittihamçısı məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb. Çimnaz Hacıyeva da məhkəmə prosesinin təxirə salınmasına etiraz edərək özünü yandırmaq istəyib.

Müəllimə özünü zəhərlədi

Gəncə şəhər sakini, orta məktəbdə müəllimə işləyən, 36 yaşlı Zülfiyyə İmanova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı müəyyən olunub ki, Z. İmanova keçmiş həyat yoldaşı məhkəmənin təyin etdiyi alimenti ödəmədiyindən əsəbiləşərək 18 ədəd dərman həbi qəbul edib. 

Ağır xəstəlikdən əziyyət çəkdiyi üçün sirkə turşusu içən 22 yaşlı Ulduz Şükürovanın özünü öldürmək niyyəti baş tutmayıb.

Ölü uşaq dünyaya gətirdi, özünü öldürmək istədi 

21 yaşlı Gəncə şəhər sakini Nailə Həsənova dərman preparatları ilə kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırma zamanı məlum olub ki, gənc qadın iki dəfə ölü uşaq dünyaya gətirdiyi üçün 20 ədəd dərman həbi içərək özünü öldürmək istəyib.23 yaşlı Gəncə şəhər sakini Aygün Məmmədova isə kasıb h həyat tərzindən bezdiyi üçün soyuducuda olan sirkə turşusunu içərək özünü öldürmək istəyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi