Modern.az

Ermənistan Azərbaycanla sərhəddə görüşə RAZILAŞDI

Ermənistan Azərbaycanla sərhəddə görüşə RAZILAŞDI

Ölkə

22 Noyabr 2023, 11:10

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var. İkitərəfli siyasi iradə olarsa, reallaşa bilər", - açıqlamada deyilir.

 

Bəyanatda bildirilib ki, Ermənistan Azərbaycana iki ölkə arasında dövlət sərhədində demarkasiya komissiyalarının iclasının keçirilməsinə razıdır.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı edib. "Sərhəddə görüşə və birbaşa danışıqlara hazırıq",-deyə Azərbaycan XİN-nin məlumatında bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama