Modern.az

İlham Əliyevin seçki qərargahının yeri və rəhbərinin adı açıqlandı - EKSKLÜZİV

İlham Əliyevin seçki qərargahının yeri və rəhbərinin adı açıqlandı - EKSKLÜZİV

Ölkə

10 Sentyabr 2013, 15:40

“Yeni Azərbaycan Partiyası özü seçki qərargahıdır. Seçki qərargahına rəhbərliyi də partiya özü edir”. Bunu Modern.az saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçki kampaniyası ilə bağlı görülən işlər və namizədin seçki ofisinin yaradılmasından danışarkən deyib.

O bildirib ki, prezidentin səlahiyyətli nümayəndəsi kimi MSK-ya verilən və digər sənədlərə YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov imza atır.

“Əli Əhmədov ümumi işə rəhbərlik edir. Partiyanın strukturu, icra aparatı, seçki qərargahı əvvəlki qaydada öz işini davam etdirir”-deyə YAP funksioneri qeyd edib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi