Modern.az

Şəhidlər üçün bir dəqiqəlik sükut: Azərbaycan toylarında möhtəşəm ənənə

Şəhidlər üçün bir dəqiqəlik sükut: Azərbaycan toylarında möhtəşəm ənənə

Ölkə

24 Noyabr 2023, 14:14

Canını ana vətən uğrunda fəda edən, qanıyla şanlı tarix yazan şəhidlərimizin xatirəsi müxtəlif tədbirlər xüsusi əlamətdar günlərdə, təhsil ocaqlarında və yerlərdə bir sözlə əlimizin çatıb ünümüzün yetdiyi bütün mötəbər yerlərdə ehtiramla yad edilir.

 

Yeni qurulan yuvaların ilk şad günü olan toylarda da öncə şəhidlərimiz dərin ehtiramla anılır, daha sonra toy məclisinə keçid baş verir. Bu ənənə İkinci Qarabağ müharibəsindən sonra geniş vüsət alıb. Demək olar ki, heç bir toy mərasimi bir dəqiqəlik sükut olmadan başlamır.

 

1301007

Yazıçı-kulturoloq Aydın Xan Əbilov Modern.az-a açıqlamasında bütün bu addımların vacibliyini vurğulayıb.

 

“Bu çox önəmlidir, çünki hər millətin  müqəddəsləri var. Ölkəmizin var olması uğrunda öz əməyini əsirgəməmiş, mübarizə aparmış şəxslərin  hər birinin ruhları qarşısında salavat çevirməli və yad edilməlidir. Azərbaycanda da bizim millətin formalaşmağında xidmətləri olmuş, Qarabağ müharibəsində və dövlət müstəqilliyi uğrunda canından keçmiş şəxslərin  müqəddəsliyini qəbul etməliyik. Onların xatirəsini həmişə uca tutmalıyıq ki, hər zaman bütün vətəndaşlarımız, gənclərimiz hansısa təhlükə olduqda canını fəda etməyi bacarsınlar. İnsan dünyaya bircə  dəfə gəlir. Onun həyatı əlbəttə ki, dəyərlidir. Amma insan bu dünyadan da bircə dəfə gedir. Onun xatirəsi, elədikləri, fəaliyyəti bu insanlar üçün, bu dünya üçün, dövlət üçün atdığı hər bir addım onu həm cənnətə aparmalıdır , həm də onu tarixdə saxlamalı və ona rəhmət oxunması üçün şərait yaratmalıdır. Şəhidlərimizin anımı mütləq və mütləq lazımdır. Toy mərasimlərində, ad günündə, nişan mərasimlərində, dini və yas mərasimlərində, orta məktəbin hər həftənin  dərs günü başlanan zaman demək olar ki, bütün məclislərimizdə şəhidlərimizin anılması, qazilərə hörmət  mütləqdir və bunu qəribçiliyə salmaq olmaz. Əgər biz təzə toyun əvvəlində şəhidlərimizi, igidlərimizi yad edib anırıqsa, onların ruhunun da orda olmasını və xeyir-dua verməsini təmin etmiş oluruq. Şəhidlərimiz hər zaman var olsun,  igidlərimiz var olsun. Allah şəhidlərimizə rəhmət eləsin”, - o deyib.

1301006

Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov saytımıza açıqlamasında müxtəlif tədbirlərdə, həmçinin toylarda da şəhidlərimizin ruhunun yad edilməsinin, yaşadılmasının yetişməkdə olan gəncliyə misilsiz töhfə verdiyini qeyd edib.

 

O, bu ənənəni çox gözəl olduğunu, xalqımızın şəhidləri həmişə uca tutduğunu bildirib.

 

“Hər birimizin borcudur ki, onları hər zaman yaşadaq. Ona görə mən xalqımıza təşəkkür edirəm ki, xalqımız qədirbilən xalqdır. Onlar hamımızın övladlarıdır. Qarabağda Azərbaycanın hər regionundan igidlərin qanı tökülüb. Qarabağ bizim üçün müqəddəs bir məkan , ziyarətgahdır. Ona görə də mən çox yaxşı baxıram  , hər yerdə , bütün tədbirlərdə şəhidlərimiz , qazilərimiz , onların ailələri uca tutulur. Həmçinin müxtəlif konsertlərdə də. Son vaxtlarda toylarımızda da əlbəttə ki , şəhidlərimizin xatirəsinin yad edildiyinin tez-tez şahidi oluruq. Bu çox qürurverici məqamdır. Gənclərimizi vətəndaş yetişdiririk, onlar vətənpərvər ruhda böyüyür. Biz onları unutmamalıyıq”.

 

Aysel Məmmədli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama