Modern.az

XİN İranda parkda qalan azərbaycanlı ailə ilə bağlı məlumat yaydı

XİN İranda parkda qalan azərbaycanlı ailə ilə bağlı məlumat yaydı

4 Dekabr 2023, 11:26

Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan və ölkəyə geri qayıda bilməyən, Şahgölü parkında çadırda qalan ailə ilə Baş konsulluğumuz təmasdadır.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

O bildirib ki, sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər.(APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama