Modern.az

İlham Əliyevin rəhbərliyi ilə separatizmin kökü birdəfəlik kəsildi - Əli Əsədov

İlham Əliyevin rəhbərliyi ilə separatizmin kökü birdəfəlik kəsildi - Əli Əsədov

Ölkə

5 Dekabr 2023, 11:48

2024-cü ilin dövlət büdcəsinin əsas prioritet istiqamətləri açıqlanıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov danışıb.

 

O qeyd edib ki, büdcədə "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası, Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə strukturunun gücləndirilməsi və s. sahələr əhatə olunub.

 

Baş nazir vurğulayıb ki, Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişaf və tərəqqiyə nail olub:


“Cari ildə biz Prezident İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyini qeyd edirik. Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir deyə bilərik. Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da keçirilən 1 günlük antiterror tədbirləri ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib. Bundan başqa ölkəmiz regionda sülh üçün yeni imkanlar yaradıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi