Modern.az

Hökumət qiymət manipulyasiyasına nəzarəti GÜCLƏNDİRİR

Hökumət qiymət manipulyasiyasına nəzarəti GÜCLƏNDİRİR

Ölkə

5 Dekabr 2023, 12:07

“Ortamüddətli dövrdə makro-fiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin tədricən azaldılaraq tənzimlənməsi nəzərdə tutulur. Bu da inflyasiyaya azaldıcı təsir göstərən faktorlardan biridir”.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. 

 

“Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə “Qiymət İzləmə Sistemi”nin tətbiqi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə- rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirləri gücləndiriləcək və ciddi tədbirlər görüləcəkdir. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcəkdir”,- deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi