2024-cü ilin yanvar ayının 1-də Qarabağdakı separatçıların tör-töküntüləri tamamilə fəaliyyətini dayandırmalıdır. Bu barədə qərar sentyabr ayında həyata keçirilən antiterror tədbirlərindən sonra qəbul edilib.
Bir neçə gün əvvəl erməni mətbuatında Qarabağdakı keçmiş separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyanın qondarma qurumu buraxması barədə qərarı ləğv etdiyi iddia edilən xəbərlər yayılıb. Xəbəri Şahramanyanın müşaviri Vladimir Qriqoryan açıqlamışdı. O, "Azadlıq" radiosunun erməni bürosuna müsahibəsində Şahramanyanın oktyabr ayında "fərman" imzaladığını və "Artsax"ın fəaliyyətinin davam etdiyini bildirib.
Ermənistanın "Joğovurd" qəzeti Şahramanyanın yeni "Artsax"ın buraxılması barədə qərarı ləğv edən yeni sənəd imzaladığını, lakin hələlik həmin sənədin ictimaiyyətə açıqlanmadığını yazıb. Ermənistan hökuməti məsələ ilə bağlı açıqlama verməyib.
Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının deputatı Artur Hovhannisyan Şahramanyanın qərarına çox sərt reaksiya verib. O, Ermənistan ərazisində yalnız Ermənistan hakimiyyət nümayəndələrinin fərman və sərəncamlar imzalama səlahiyyətində olduğunu bildirib.
Şahramanyan hələlik açıqlama verməyib. Ümumilikdə, yanvarın 1-i yaxınlaşdıqca, separatçıların aktivləşdiyi müşahidə edilir.
Bəs separatçıların bu addımları nəyəsə səbəb ola bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov ermənilərin qondarma təşkilatlar qurmasının adət halı alıdığını bildirib:
“Ermənilər tarix boyu həmişə əsası olmayan xam-xəyallarla yaşayıblar və yaşayırlar. Yüz ildən çoxdur ki, mühacir hökuməti adı ilə Türkiyəyə qarşı ərazi iddiası irəli sürürlər. Hətta qardaş Türkiyədə zəlzələ olanda axmaq bir erməni “ora “Qərbi Ermənistandı”, mən oranın prezidentiyəm”, deyirdi. Allah tərəfindən bu millət bəşəriyyətə göndərilmiş bəladır. Bu millət şeytan yığınağıdır. Separatçılar 1991-ci ilin sentyabr ayının 2-də özlərini “Dağlıq Qarabağ” Respublikası elan etdilər. “Prezidentləri”, “nazirləri” indiyə kimi nə ediblər? Tülkü kimi qaçıb Ermənistanda, orada-burada gizlənir, təşkilatlar qurub yığıncaqlar düzəldirlər və qondarma bəyanatlar verirlər. Bir sözlə, onların hər hərəkəti və kəlməsi boşdur”.
E.Məmmədov Qarabağ separatçılarının yaratdığı qurumların məqsədindən də danışıb:
“Separatçıların Ermənistanda müxtəlif təşkilatlar yaratmaqda məqsədi onları dəstəkləyən təşkilat və dövlətlər üçün Azərbaycana qarşı şər-böhtan kampaniyaları yaratmaq, ölkəmiz əleyhinə fikirlər səsləndirməkdir. Azərbaycana təzyiq göstərən və göstərmək istəyən qurumlar bu avara dəstəsindən öz məqsədlərini həyata keçirmək üçün alət kimi istifadə edəcəklər. Onlar bunları axmaq hesab edir, bunlar da onları. Belə ki, ömürboyu belə qondarma təşkilatlar yaradıb sözügedən qüvvələrdən kifayət qədər maliyyə yardımı alıb kef çəkəcəklər. “Dağlıq Qarabağda” qondarma, cinayətkar qurumlar yaratdılar. 30 il ərzində başçılar dünya ermənilərindən və ermənipərəstlərindən milyardlarla yardım alıb özlərinə firavan həyata qurdular. Qarabağdakı erməniləri isə istismar edib, dilənçi gününə saldılar. Bundan sonra da həmin hərəkətləri Ermənistanda və başqa ölkələrdə davam etdirəcəklər. Lakin bunun Azərbaycana heç bir təsiri yoxdur və olmayacaq”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev separatçıların bundan sonra atacaqları addımmların hamısının puça çıxacağını söyləyib:
“Separatçıların fəaliyyəti qanunsuzdur. Onların nə deməsindən asılı olmayaraq, atdıqları bütün adddımlar həm beynəlxalq, eləcə də Azərbaycan konstitusiyasına və hüququna ziddir. Qəbul etdikləri qərarlar kağız parçasıdır və heç bir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq, beynəlxalq səviyyəli qaçqın statusa ala bilməyiblər, eyni zamanda Ermənistan hökuməti ilə aralarında problemlər var. Bu, onların öz aralarındakı çəkişmədir. Lakin reallıq ondan ibarətdir ki, separatçıların yenidən nəsə təşkilatlar yaradıb, geri qaytarmaq məsələsi boşdur. Biz konkret demişik ki, Azərbaycan konstitusiyasını qəbul edən hər bir şəxs bütün etnik quruplara göstərilən tolerant münasibətlə qarşılaşacaqlar. Onlara multikultural dəyərlər altında Azərbaycan ərazisində yaşaya bilər”.