"Dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir".
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn "X" hesabında paylaşım edib.
Diplomatın sözlərinə görə, Bakıda müsbət və konstruktiv görüşlər oldu.
"Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və katib Blinken sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - O’Brayn bildirib.
Qeyd edək ki, O’Brayn dünən Bakıda olub. O, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.