Modern.az

Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

7 Dekabr 2023, 12:04

Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, bu sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında sonuncu Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal