Modern.az

Növbədənkənar Prezident seçkiləri yenə həftənin bu gününə TƏSADÜF EDƏCƏK

Növbədənkənar Prezident seçkiləri yenə həftənin bu gününə TƏSADÜF EDƏCƏK

7 Dekabr 2023, 12:44

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamla seçkilər 7 fevral 2024-cü il tarixinə təyin olunub.

 

Modern.az 2024-cü ilin təqviminə nəzər salıb.

 

Beləliklə, Azərbaycanda növbədənkənar Prezident seçkiləri həftənin 3-cü gününə düşəcək. Başqa sözlə, seçkilər çərşənbə günü keçiriləcək. Həmin gün qeyri-iş günü olacaq.

 

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.



Qeyd edək ki, Azərbaycan Respublikasında sonuncu Prezident seçkiləri də növbədənkənar qaydada 2018-ci ilin 11 aprel tarixində baş tutmuşdu ki, həmin tarix də həftənin 3-cü gününə - çərşənbəyə təsadüf edirdi.

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal