Modern.az

Azərbaycanda yeni siyasi təşkilat - III Respublika Platformasını kimlər yaradıb…

Azərbaycanda yeni siyasi təşkilat - III Respublika Platformasını kimlər yaradıb…

Ölkə

8 Dekabr 2023, 12:13

7 dekabr 2023-cü il tarixdə, Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.
 

Modern.az xəbər verir ki, bu barədə III Respublika Platformasının təşkilatçıları bəyan ediblər.

Platformanın Qurucu üzvləri (təsisçilər) arasından qurumun fəaliyyətinə rəhbərlik edəcək Qurucu Heyət seçilib.
 

7 nəfərdən ibarət Qurucu Heyətin üzvləri aşağıdakılardır:
 

Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli, Yadigar Sadıqlı.
 

Artıq Qurucu Heyətin ilk iclası keçirilib. Heyət Platformanı təmsil etmək, qərarların icrasını təşkil etmək üçün 1 il müddətinə Akif Qurbanovu spiker seçib.

Həmçinin Qurucu Heyətin digər üzvləri arasında sahələr üzrə məsuliyyət bölgüsü aparılıb.
 

III Respublika Platforması təşkilatın hansı səbəbdən qurulduğu barədə bəyanat yayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək