Modern.az

Avropa Şurası Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir

Avropa Şurası Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir

Ölkə

8 Dekabr 2023, 13:16

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dekabrın 8-də qəbul edilən zaman bildirib.

 

O, ölkəmiz tərəfindən Avropa Şurasının bir çox konvensiyasını imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzaladığını xatırladı və bütün bunları müsbət addım kimi dəyərləndirib.

 

Avropa Şurasının Baş katibi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi