Modern.az

Azərbaycanda indiyədək keçirilən prezident seçkiləri - Tarixi FOTOLARDA

Azərbaycanda indiyədək keçirilən prezident seçkiləri - Tarixi FOTOLARDA

Ölkə

8 Dekabr 2023, 17:26

Azərbaycan yeni seçkilər ərəfəsindədir. Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla ölkəmizdə gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Fevralın 7-də təyin edilən səsvermə İkinci Qarabağ müharibəsindən və Azərbaycanın öz ərazi bötüvlüyünü tam təmin etməsindən sonra keçiriləcək ilk seçkilərdir.

 

Seçkilərdə kimlərin namizəd olacağı hələlik məlum deyil. Qarşıdakı günlərdə partiyalar seçkilərdə iştirak edib-etməmək barədə qərar verəcək.

 

Modern.az olaraq bu dəfə Azərbaycanda indiyədək keçirilən prezident seçkilərinə fotolarda səyahət edəcəyik.
 

1305249

 

İlk seçki...

 

Ölkəmizdə indiyədək 8 prezident seçkisi keçirilib. Azərbaycanda ilk prezident seçkisi SSRİ-nin dağılması ərəfəsində baş tutub. 1991-ci ilin 8 sentyabr tarixində keçirilən seçkilərdə əvvəlcə iki namizəd iştirak etsə də, sonradan 1988-1989 illərdə Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan, sonradan Azərbaycan Sosial-Demokrat Partiyasını quran Zərdüşt Əlizadə namizədliyi geri götürmüşdü. Seçkilərdə sovet nomenklaturasının yetirməsi olan Aya Mütəllibov 98,50 % səslə Azərbaycanın ilk prezident seçildi.

 

1992-ci il seçkiləri

 

Azərbaycanda ikinci prezident seçkiləri birincidən heç bir il keçməmiş,1992-ci il iyunun 7-də baş tutub. 5 namizədin iştirak etdiyi seçkilərdə Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 60.90% səslə lider olub. Onun rəqibi N.Süleymanov isə 33% səs toplamışdı (Digər namizədlər Y.Məmmədov, İ.İsmayılov, R.Turabxanlı idi). Rəsmi nəticələrə görə, seçici aktivliyi 76.3% idi.

 

1305274

1993-cü il

 

1993-cü ilin iyun ayında Ə.Elçibəy Bakını tərk edərək Kələkiyə getdi və avqustda keçirilən referendumda xalq tərəfindən ona etimadsızlıq göstərildi. Bundan sonra, oktyabrın 3-nə prezident seçkiləri təyin olundu. Seçkilərdə həmin vaxt parlamentin sədri olan Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev namizədliyini irəli sürmüşdü. Rekord həddə - 97,6% seçici fəallığının olduğu bu seçkilərdə H.Əliyev 98.8% səs toplayaraq prezident seçilmişdi.

1305276

 

Növbədənkənar olmayan ilk seçki - 1998-ci il

 

Azərbaycanda dördüncü prezident seçkiləri 11 oktyabr 1998-ci ildə keçirilib. Seçkilərdə 3,358,465 seçici iştirak edib. Heydər Əliyev həmin seçkilərin favorit namizədi idi. Əsas müxalif qüvvələrin əksəriyyəti seçkiləri boykot etsə də, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədov seçkilərdə iştirak edirdi.

 

Heydər Əliyev 77.8%, Etibar Məmmədov 11.8%, Nizami Süleymanov 8.2% səs toplamışdı. Digər üç namizədin - Firudun Həsənov, Əşrəf Mehdiyev və Xanhüseyn Kazımlının səsi 1%-i keçməmişdi.

 

2003-cü il seçkiləri

 

Azərbaycan ərazisində baş tutan növbəti (beşinci) Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi. 

 

Prezident seçkilərində 11 nəfərin namizədliyi qeydə alındı — Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev, Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) namizədi Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Əli Kərimli, Müasir Müsavat Partiyasının (MMP) namizədi Hafiz Hacıyev, Ədalət Partiyasının  namizədi İlyas İsmayılov, Milli Vəhdət Partiyasının (MVP) namizədi Yunus Oğuz, Müsavat Partiyasının namizədi İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) namizədi Lalə Hacıyeva, bitərəf namizəd Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi Sabir Rüstəmxanlı.

 

Prezident seçkilərindən əvvəl AXCP namizədi Əli Kərimli AMİP namizədi Etibar Məmmədovun xeyrinə, ANAP namizədi Abutalıb Səmədov və MVP namizədi Yunis Oğuz isə YAP namizədi İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü.

1305285

 

Seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

 

1305284

 

2008-ci il seçkiləri

 

Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 6-cı rəsmi seçki 15 oktyabr 2008-ci ildə keçirilib. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib. Seçkilərdə prezident İlham Əliyev 87.34% səs toplayıb.

1305288

Seçkilərdə digər namizədlər Ümid Partiyasının sədri İqbal Ağazadə (2,82%), Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa (2,43%), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev (2,24%),  Qulamhüseyn Əlibəyli (2,19%), Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev (0,77%), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub.

 

1305289

1305290

 

2013-cü il seçkiləri

 

Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Bunlar Prezident İlham Əliyev, Cəmil Həsənli, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fərəc Quliyev, Zahid Oruc, İlyas İsmayıl, İqbal Ağazadə, Sərdar Cəlaloğlu olub. Prezident İlham Əliyev 84.54% səslə qalib olub.

1305302

1305303

 

Sonuncu seçkilər

 

Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə Azərbaycan ərazisində Prezident seçkiləri oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli sərəncamına əsasən, 2018-ci il aprelin 11-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. 


2018-ci ildə növbədənkənar Prezident seçkilərinin elan edilməsindən sonra bir sıra müxalif siyasi partiyalar seçkilərdə mübarizə aparmayacağını bəyan etdi.  2018-ci il fevralın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) baş tutan iclasında namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Əliyev ilk namizəd olaraq qeydə alındı. Digər namizədlər Zahid Oruc, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Sərdar Cəlaloğlu, Fərəc Quliyev, Hafiz Hacıyev, Razi Nurullayev olub. 

 

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi