Modern.az

Azərbaycanın Belarusa göndərdiyi yeni səfirin DOSYESİ

Azərbaycanın Belarusa göndərdiyi yeni səfirin DOSYESİ

9 Dekabr 2023, 12:20

Xəbər verdiyimiz kimi, Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
 

Prezident İlham Əliyevin sərəncamı ilə general-polkovnik Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Modern.az saytı M.Əliyevin qısa tərcümeyi-halını təqdim edir:

Məhərrəm Abış oğlu Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub.

1980-1992-ci illərdə Bakının rayon Polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib.

Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis idarələrində rəhbər vəzifələrdə çalışıb.

1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

2012-ci ilin noyabrında bir müddət Prezident Adminstrasiyasında Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində təyinat alıb.

2017-ci il iyunun 5-də ədliyyə nazirinin müavini təyin edilib.

2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib.

2023-cü il dekabrın 9-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi