Modern.az

Brüsseldə Bayramov-Mirzoyan görüşü planlaşdırılmır - XİN

Brüsseldə Bayramov-Mirzoyan görüşü planlaşdırılmır - XİN

11 Dekabr 2023, 11:33

Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşü çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş planlaşdırılmayıb.


Bu barədə Modern.az-a  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. 
 

"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar və ya görüş nəzərdə tutulmayıb. Görüş olarsa, bildiriləcək", - XİN-in sözçüsü deyib.
 

Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək. Aİ-nin xarici işlər nazirlərinin 6 Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasa ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell sədrlik edəcək.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu