Modern.az

Hüquq müdafiəçiləri onların əfvi üçün Prezidentə müraciət edir

Hüquq müdafiəçiləri onların əfvi üçün Prezidentə müraciət edir

11 Dekabr 2023, 18:18

Bir qrup hüquq-müdafiəçisinin son zamanlar həbs olunan jurnalist, bloger və ictimai şəxslərin azad edilməsi üçün Prezidentə müraciət etməsi barədə məlumat yayılıb.

 

Modern.az məlumatı dəqiqləşdirməyə çalışıb.

 

Məsələ ilə bağlı saytımıza danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu özünün də müraciət edənlər arasında olduğunu bildirib:

 

"Biz ayrı-ayrılıqda dövlət başçısına son dövrlər həbs olunan jurnalistlərin, blogerlərin, eləcə də siyasi xadimlərin azad olunması üçün müraciət edəcəyik. Azərbaycan İnsan Haqları Monitorinq qrupumuz var. Monitorinq qrupu 3 ay ərzində həbs olunan jurnalistlərin, blogerlərin, siyasi motivlərlə saxlanılanların hamısının həbsdən buraxılmasını xahiş edəcək. Dekabrın sonuna qədər onları azad edə bilərlər. Qarşıdan Yeni il və Prezident seçkiləri gəlir. Millətin həmrəyliyi vacibdir. Qoy, hamımız bir yerdə seçkilərə normal gedək. Hər şey prezidentin əlindədir. O, bunu edə bilər".

Hüquq müdafiəçisi Yeni ilə təzə əhval-ruhiyyə ilə girmək baxımdan bunun vacib olduğunu söyləyib:

 

"Yenə deyirəm ki, qarşıdan prezident seçkiləri gəlir.Bayram əhval-ruhiyyəsi var. Bu gün biz bütün dünya tərəfindən tanınmış gözəl bir qələbəni qeyd edirik. Xankəndini almışıq, torpaqlarımızı azad etmişik. Bunların hamısı cənab Prezidentimizin və əsgərlərimizin sayəsindədir. Bu əmin-amanlıq axıra qədər olsun. Yeni ilə təzə əhval-ruhiyyə ilə çıxaq. Millətin hamısı bir yerdə olsun".

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu